DÜNYA


Rumıniyada koronavirusa yoluxanların sayı 182 mini ötüb

Buxarest, 20 oktyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 182 min 854 nəfərə çatıb.

AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2466 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 5931 nəfərdir, 132 min 82 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.