DÜNYA


Rumıniyada koronavirusa yoluxanların sayı 29 minə çatır

Buxarest, 5 iyul, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 28 min 582 nəfərə çatıb.

AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 416 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1731 nəfərdir, 20 min 800 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, məsafə saxlamağa çağırıb. Eyni zamanda xəstələrin sayının artması ilə əlaqədar ölkədə bir çox sahələri əhatə edən fəaliyyət növlərinin hansı zamana kimi bağlı qalması müzakirə olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.