DÜNYA


Rumıniyada koronavirusa yoluxma halı kəskin şəkildə artıb

Buxarest, 23 yanvar, AZƏRTAC

Rumıniyada pandemiya başlanandan bəri ən çox koronavirusa yoluxma halları qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, son sutka ərzində 19 min 649 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb. Cəmi bir ay əvvəl ölkədə gündə mindən az koronavirus yoluxma faktı qeydə alınıb. “Omikron” virusunun yüksək yayılma qabiliyyəti səbəbindən yoluxma halları sürətlə artır. Rekord yoluxmalara baxmayaraq, oktyabr və noyabr aylarında gündə bir neçə yüz nəfərlə müqayisədə indi cəmi 49 ölüm faktı qeydə alınıb. Ölən 49 nəfərdən 43-ü peyvənd olunmayıb.

Rumıniya Avropa İttifaqında COVID-19-a qarşı ən az peyvənd edilmiş ikinci ölkədir, yetkinlik yaşına çatmış əhalinin yalnız 49 faizi COVID-19 peyvəndinin ikiqat dozasını alıb. Aİ-də orta rəqəm 80 faizidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.