DÜNYA


Rumıniyada korrupsiyaya qarşı etirazlar səngimir

Buxarest, 31 oktyabr, AZƏRTAC

Azı 2 min nəfər Buxarestin mərkəzində toplaşaraq korrupsiyaya qarşı etiraz aksiyası keçirir.

AZƏRTAC xəbər verir ki, etirazçıların əsas tələbi üç il əvvəl 65 nəfərin ölümü və 200 nəfərin xəsarət alması ilə nəticələnən “Kolektiv” klubunda baş vermiş yanğınla bağlı heç kimin cəzalandırılmamasıdır. Onlar Buxarestin mərkəzindən “Kolektiv” klubuna kimi yürüş ediblər. Bir çoxlarının fikrincə, klubda baş verənlər ölkədə korrupsiyaya qarşı mübarizənin rəmzinə çevrilib. Məhz bu hadisədən sonra “Korrupsiya-öldürür” şüarı yaranıb.

Qeyd edək ki, yanğından sonra klubun sahibləri, yanğınsöndürmə idarəsinin əməkdaşları, bələdiyyə məmurları və pirotexnik şounun təşkilatçıları barəsində dörd istintaq işi açılıb və məhkəməyə göndərilib. Həlak olanların yaxınları və xəsarət alanlar məhkəmənin keçiriləcəyi günü artıq üç ildir gözləyirlər. Xəsarət alanlar kompensasiya almaq üçün 212 milyon avro dəyərində mülki iddia qaldırıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.