DÜNYA


Rumıniyada müəllimlərin tətili üç gündür davam edir

Rumıniyada müəllimlərin tətili üç gündür davam edir

Bakı, 25 may, AZƏRTAC

Rumıniyada müəllimlər maaşların artırılması tələbi ilə ardıcıl olaraq üç gündür tətil edirlər.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, tətilin üçüncü günündə 150 mindən çox insan küçələrə çıxıb, onlardan 70 mini müəllim köməkçiləri və məktəb işçiləridir.

Yerli həmkarlar ittifaqları işə yeni başlayan müəllimin ilkin maaşının ən azı ölkə üzrə orta əməkhaqqına bərabər olmasını tələb edir. Onlar, həmçinin maaşların hər il inflyasiyadan asılı olaraq indeksləşdirilməsi istəyir.

Telekanalın məlumatına görə, hazırda orta rumın müəllimi ayda təxminən 480 avro maaş alır ki, bu da ölkədəki orta əməkhaqqının təxminən yarısına bərabərdir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.