Rumıniyada toy mərasimlərini keçirmək üçün faizsiz kredit veriləcək
AzerTAg.az
Buxarest, 18 may, AZƏRTAC
Rumıniya hökuməti vətəndaşlara toy mərasimlərinin keçirilməsi üçün faizsiz kreditlərin verilməsi və yeni evlənənlər üçün kirayə evlərin verilməsi ilə bağlı genişmiqyaslı “Ailə başlanğıcı” maliyyə proqramını təsdiqləyib.
AZƏRTAC rəsmi məlumata istinadla xəbər verir ki, bununla Rumıniya hakimiyyəti ölkədə nikah institutunu gücləndirmək və doğum səviyyəsini artırmaq niyyətindədir. Rumıniyanın ailə məsələləri üzrə naziri Qabriela Firyanın sözlərinə görə, yenilik yüz minlərlə gənc cütlüyə “həyatda yeni mərhələyə başlamağa” imkan verəcək. Kreditin maksimal məbləği 15 min avro təşkil edəcək. Yaxın vaxtlarda müvafiq ödənişlər üçün müraciət edənlərin kateqoriyalarının siyahısının genişləndiriləcəyi gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xəbərin mətnində orfoqrafik səhv var