DÜNYA
Rumıniyada üçüncü doza ilə peyvəndlənməyə start veriləcək
Buxarest, 22 sentyabr, AZƏRTAC
Rumıniya səhiyyə nazirinin vəzifəsini icra edən Çeke Atilla COVID-19 peyvəndinin üçüncü dozasının tətbiqini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Çeke Attila bildirib ki, 3-cü immunizasiya prosesi bu payızda başlayacaq və ilk növbədə xroniki xəstəlikləri olan tibb işçilərinə və xroniki xəstəlikləri olan Rumıniya sakinlərinə tətbiq olunacaq. Bundan əlavə peyvəndin üçüncü dozasını tətbiq etmək istəyən hər kəs bunu edə bilər. Ç.Atilla qeyd edib ki, bir çox Avropa ölkəsi artıq bunu edib və bu indiyə qədər peyvənd edilmiş insanları əlavə olaraq qoruyan bir tədbirdir. Bildirilib ki, ölkədə peyvənd tədarükü ilə bağlı heç bir problem yoxdur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]