DÜNYA


Rumıniyada yenidən zəlzələlər baş verib

Buxarest, 12 sentyabr, AZƏRTAC

Rumıniyada bir neçə saat intervalı ilə iki zəlzələ baş verib. Onların birincisi 3,8 bal gücündə Vrança rayonunda 132 kilometr dərinlikdə, ikincisi isə 2,3 bal gücündə Buzau rayonunda 138 kilometr dərinlikdə qeydə alınıblar.

Xatırladaq ki, Rumıniyada keçən həftə sentyabrın 3-də 4,4 bal gücündə, avqustda isə 2,1 bal gücündən 4,2 bal gücünə kimi 18 zəlzələ qeydə alınıb. Regionun seysmik zonaya aid olmasına baxmayaraq bu ardıcılıqla və tezliklə zəlzələlərin baş verməsi ilk dəfə müşahidə olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.