İDMAN


Rumıniyada yeniyetmələr arasında Avropa kuboku yarışında Azərbaycan komandası birinci pillədə qərarlaşıb

Bakı, 7 may, AZƏRTAC

Rumıniyada yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışına Azərbaycan cüdoçuları uğurla start veriblər.

AZƏRTAC xəbər verir ki, Buxarestdə təşkil olunan turnirin birinci günündə komandamızın üzvləri 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki, yığmamızın aktivinə qızıl medalları Şahin Oruczadə (55 kq), Mehdi Cəfərov (66 kq) yazdırıblar. Məhəmməd Məmişov (50 kq) gümüş, Məhəmməd Musayev (55 kq), Əbil Yusubov (66 kq), Vüsalə Hacıyeva (52 kq) bürünc medal əldə ediblər. Komandamız bu nəticə ilə ümumi hesabda birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycan 20 idmançı ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.