DÜNYA


Rumıniyanda xəstəxanada baş verən yanğın 10 nəfərin həyatına son qoyub

Bakı, 15 noyabr, AZƏRTAC 

Rumıniyada xəstəxanaların birində yanğın baş verib.

AZƏRTAC “Agenpress” agentliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində ən azı 10 nəfər həlak olub. Hadisə Rumıniyanın Pyatra-Nyamts şəhərində yerləşən xəstəxananın şöbələrindən birində qeydə alınıb.

Yanğının səbəbləri barədə məlumat verilməyib. Bildirilib ki, yanğın artıq söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.