SİYASƏT


Rumıniyanın “AGERPRES” xəbər agentliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mətbuat açıqlaması yayıb

Buxarest, 24 may, AZƏRTAC

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyinin təqdim etdiyi mətbuat açıqlamasını yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən geniş bəhs olunan məlumatda 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğu bildirilir. Azərbaycan Xalq Cümhuriyyətinin proqressiv bir hökumətə sahib olduğu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnun verdiyi diqqətə çatdırılıb.

Açıqlamada Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilib. Bildirilib ki, 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xüsusi rolu olub və hazırda Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.