SİYASƏT


Rumıniyanın “AmosNews” xəbər agentliyi Nikol Paşınyanın babasının faşistlərlə əməkdaşlığından yazıb

Buxarest, 26 may, AZƏRTAC

Rumıniyanın nüfuzlu “AmosNews” xəbər agentliyi Rusiyanın Lenta.ru, Qazeta.ru və digər nüfuzlu nəşrlərinə istinad edərək, Nikol Paşınyanın babasının faşistlərlə əməkdaşlığı barədə rumın dilində məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi illərində faşistlərlə ehtimal olunan əməkdaşlığı səbəbindən baş verən qalmaqalın Rusiya mediasında və beynəlxalq KİV-lərdə müzakirəsinin davam etdiyi bildirilir. Böyük Vətən müharibəsində həlak olanlar barədə məlumatların toplanılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” ümumiləşdirilmiş məlumat bankının informasiyasına görə, Nikolay Paşinyan həqiqətən alman vermaxtının erməni legionunda xidmət edən sıravi əsgər kimi Qızıl Orduya qarşı vuruşub və 1943-cü ildə həlak olub. Qeyd olunur ki, Paşinyanın babası ilə bağlı əhvalat erməni hakimiyyətinin digər hərəkətləri ilə də mənfi çalarlar kəsb edir. Bunların ən parlaq nümunələrindən biri - Üçüncü reyxlə əməkdaşlığı sübuta yetirilmiş Qaregin Njdenin abidəsi ilə bağlı insidentdir. 1940-cı ildən başlayaraq o, erməni batalyonlarının yaradılmasında vermaxta kömək edib, daha sonra Berlində yaranmış erməni milli şurasına daxil olub. Nəticədə o, həbs edilib və ömrünü Vladimir həbsxanasında başa vurub.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.