SİYASƏT


Rumıniyanın “News24hours” portalı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışını dərc edib

Buxarest, 25 sentyabr, AZƏRTAC 

Rumıniyanın “News24hours” portalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını AZƏRTAC-a istinadla tam şəkildə dərc edib.

Dövlətimizin başçısı çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, regional sülhə və təhlükəsizliyə təhdid yaratmasından, işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirməsindən, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparmasından, dövlət sərhədi istiqamətində törətdiyi son təxribatlardan bəhs edib.

Prezident İlham Əliyev, həmçinin Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmasından, son 17 ildə ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etməsindən, COVID-19-la mübarizədə görülən işlərdən danışıb.

Beynəlxalq sülh və təhlükəsizliyin, pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini vurğulayan Prezident müvafiq təkliflər də irəli sürüb.

 

İqbal Hacıyev 

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.