Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirmişdir.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik.

Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

Hörmətlə,

 

Klaus Verner İohannis

Rumıniyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin