RƏSMİ SƏNƏDLƏR


Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırıram.

Ölkələrimiz arasındakı strateji tərəfdaşlığın bütün sahələrdə birgə səylərimiz və hərtərəfli siyasi dialoq vasitəsilə daha da güclənəcəyinə tam əminliyimi bildirirəm.

Əziz cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

Klaus Verner İohannis

Rumıniyanın Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin