DÜNYA


Rumıniyanın ən böyük təsərrüfatlarında quş qripi epidemiyası aşkarlanıb

Rumıniyanın ən böyük təsərrüfatlarında quş qripi epidemiyası aşkarlanıb

Buxarest, 2 fevral, AZƏRTAC

Rumıniyanın Braşov rayonunun Kodlya şəhərində quşçuluq fermaları kompleksində quş qripi epidemiyası qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ölkənin ən böyük quşçuluq kompleksində xəstəliyin yayılması təsdiqlənib və rayon administrasiyası 224 min hinduşkanın məhv ediləcəyini açıqlayıb.

Milli Baytarlıq və Sanitariya İdarəsi polis və jandarmanın köməyi ilə H5N1 virusunun qeydə alındığı ərazini təcrid edib, daxil olan və çıxan bütün avtomobilləri dezinfeksiya edilir, rayonda sanitar həyəcan siqnalı elan olunub. Ümumilikdə rayonda doqquz quşçuluq ferması var, lakin baytarlar tərəfindən aparılan analizlər virusun yalnız hinduşka fermalarında olduğunu aşkara çıxarıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.