İQTİSADİYYAT


Rumıniyanın energetika naziri ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 5 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib. Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb. Layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi razılaşdırılıb.

Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.