MƏDƏNİYYƏT


Rumıniyanın milli xəbər agentliyinin saytında Üzeyir Hacıbəylinin doğum gününə həsr edilən məqalə yerləşdirilib

Buxarest, 17 sentyabr, AZƏRTAC

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr edilən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun geniş məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə, Azərbaycanda hər il sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd olunduğu bildirilir. Ənənəvi olaraq bu tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında məşhur dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən bəstəkarın əsərlərinin ifa edildiyi və bu ənənənin ustad Niyazi tərəfindən qoyulduğu haqqında məlumat verilir. Qeyd olunur ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev bu günün milli səviyyədə qeyd olunması haqqında Sərəncam imzalayıb.

Milli Musiqi Gününün qeyd olunması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hər il bəstəkarın xatirəsinə həsr olunmuş bir sıra mədəni tədbirlərin təşkil olunduğu diqqətə çatdırılır.

Yazıda Üzeyir Hacıbəylinin doğum günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində açıq hava konsert proqramının təşkil olunacağı barədə məlumat verilir.

Müəllif qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinə böyük şöhrət qazandırıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.