DÜNYA


Rumıniyanın sabiq maliyyə naziri 8,5 il müddətinə azadlıqdan məhrum edilib

Rumıniyanın sabiq maliyyə naziri 8,5 il müddətinə azadlıqdan məhrum edilib

Buxarest, 25 mart, AZƏRTAC

Rumıniya Ali Məhkəməsi sabiq maliyyə naziri Sebastyan Vladeskunu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, S.Vladesku korrupsiyada və 2005-ci ildə Rumıniya Dəmir Yollarına (CFR) dəstək olmaq üçün yönəldilmiş dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda təqsirli bilinib. Ehtimala görə, 2005-2011-ci illər ərzində qeyri-qanuni əməliyyatların dövriyyəsi 100 milyon dollardan çox olub.

Qeyd edək ki, Vladesku 2005-2007-ci illərdə, həmçinin 2009-2010-cu illərdə Rumıniyanın Maliyyə Nazirliyinə rəhbərlik edib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.