DÜNYA


Rumıniyanın sabiq naziri və sabiq prokuroru Kosta-Rikada saxlanılıblar

Buxarest, 6 oktyabr, AZƏRTAC

Rumıniyanın sabiq turizm və regional inkişaf naziri Elena Udrea və iqtisadi cinayətlərlə mübarizə üzrə sabiq prokuroru Alina Bika siyasi sığınacaq üçün müraciət etdikləri Kosta-Rikada Rumıniya hökuməti tərəfindən İnterpola ünvanlanmış müraciət əsasında saxlanılıblar. Hər iki sabiq məmur Rumıniyada korrupsiyada ittiham olunublar və həbs cəzası alıblar. Onlar istintaqın bitməsini gözləmədən ölkəni tərk edərək Kosta-Rikadan siyasi sığınacaq istəyiblər.

Qeyd edək ki, sabiq məmurlar 2015-ci ildən Rumıniya Antikorrupsiya Departamenti tərəfindən pulların yuyulması, yalançı bəyanatların verilməsi ittihamları üzrə dindiriliblər. Hüquqşünasların fikrincə, Rumıniya ilə Kosta-Rika arasında ekstradisiya ilə bağlı sazişin olmadığına görə məmurları Rumıniyaya göndərmək çətin olacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.