DÜNYA


Rumınlar Brexit-dən sonra Britaniyada qalmağı planlaşdırırlar

Buxarest, 23 may, AZƏRTAC

Böyük Britaniyada Brexit-dən sonra yaşayış icazəsi üçün müraciət edən avropalıların əksəriyyəti rumınlardır. Bu barədə “digi24” xəbər portalı məlumat verib. Altı yüz min müraciət arasında rumınlardan sonra italyanlar və polşalılar gəlir. Yaşayış icazəsi ilə bağlı müraciətlər 2018-ci ilin oktyabr ayından başlayaraq qəbul edilib. 2021-ci ilin iyun ayında isə sənədlərin verilməsi dayandırılacaq. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, sənədlərin 95 faizi müsbət cavablandırılıb. Qeyd olunub ki, Brexit-dən sonra ölkədə təqribən 4 milyon avropalının qalması güman edilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.