MƏDƏNİYYƏT
Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq
Bakı, 17 iyul, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, hazırda Xalq Artisti Fəxrəddin Manafov və Əməkdar Artist Mehriban Zəki teatrın səhnəsində yeni tamaşanı məşq edirlər. Lakin pyesin və müəllifinin, eləcə də tamaşanın adı açıqlanmır. Səhnə əsəri Sankt-Peterburqda yaşayan bakılı rejissor tərəfindən hazırlanır. Tamaşada Oleq Əmirbəyov, Mariya Dubovitskaya və Həcər Ağayeva da iştirak edəcəklər. Truppaya, həmçinin yeni aktyor götürülüb və deyilənə görə, o da adı açıqlanmayan tamaşanın məşqlərində iştirak edir. Tamaşanın premyerası sentyabrın 16-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]