MƏDƏNİYYƏT


Rus Dram Teatrında “Qürur və qərəz” tamaşası təqdim edilib

Bakı, 15 fevral, AZƏRTAC

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılıb.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.