MƏDƏNİYYƏT
Rus baletinin əfsanəsi Bakıya gəlir
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiyanın tanınmış balet mütəxəssisi, Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-dən 31-dək Bakıya dəvət olunan rusiyalı sənətkar balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda, aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşaları ilə bağlı ustad dərsləri keçəcək.
Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində “Qu gölü”, “Yatmış gözəl”, “Jizel”, “Raymonda”, “Korsar”, “Şopeniana”, “Don Kixot”, “İvan Qroznı”, “Spartak”, “Karmen-süita”, “Qızıl əsr”, “Romeo və Cülyetta”, “Anyuta”, “Parisdə sonuncu tango” və digər baletlərdə çıxış edib. O, karyerası boyu keçmiş SSRİ-nin ən tanınmış görkəmli pedaqoq və baletmeysterlərlə birlikdə çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]