MƏDƏNİYYƏT


Rus şairi Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş şeir gecəsi keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı Kitab Mərkəzində “60-cılar” nəslinin görkəmli nümayəndəsi, rus şairi Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş şeir gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “İrana Qasımova ilə şeir klassikası” layihəsi çərçivəsində baş tutub.

XX əsrin ən parlaq şairlərindən birinin şeirlərini Xalq yazıçısı Çingiz Abdullayev, habelə layihənin daimi iştirakçıları - mədəniyyət xadimləri, məşhur blogerlər, jurnalistlər səsləndirib.

Xatırladaq ki, layihə 2019-cu il iyunun 25-də Aleksandr Puşkinin yaradıcılığına həsr olunmuş tədbirlə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.