MƏDƏNİYYƏT


Rus və azərbaycanlı ifaçılar eyni səhnəni bölüşəcək

Bakı, 16 avqust, AZƏRTAC

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 23-də təşkil olunacaq konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, tanınmış rusiyalı violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini ifa edəcəklər.

Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” əsərləri də daxildir.

Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.