DÜNYA


Ruse Bolqarıstanda yaşayış üçün ən əlverişli şəhər seçilib

Sofiya, 12 aprel, AZƏRTAC

Bolqarıstanın “Darik Radio” radiosu ekologiya, təhsil, biznes, təhlükəsizlik və digər meyarlara görə hər il mükafatlar təyin edir.

AZƏRTAC xəbər verir ki, 2018-ci il üçün Bolqarıstanda yaşayış üçün ən əlverişli şəhər Ruse şəhəri seçilib. Sofiya biznes, Burqas isə təhsil üzrə ən əlverişli şəhərlər kimi mükafatlandırılıblar. Dobriç şəhəri ən yaşıl, Stara-Zaqora isə ən təhlükəsiz şəhər seçilib.

Qeyd edək ki, Ruse Bolqarıstanın 5-ci böyük şəhəridir. Şəhər Dunayın sağ sahilində yerləşir və Bolqarıstanın bu çay üzrə ən böyük limanıdır.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.