İDMAN


“Rusiya 2018”: Nigeriya və İslandiya millilərinin səkkizdəbir final şansı

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ikinci oyununda “D” qrupunda yer alan İslandiya və Nigeriya milliləri qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, “Volqoqrad Arena”da keçirilən görüşdə Nigeriya yığmasının start heyətində meydana Françis Uzoho, Bryan İdovu, Vilfred Ndidi, Vilyam Ekonq, Leon Baloqun, Ahmed Musa, Oqhenekaro Etebo, Con Obi Mikel, Viktor Moses, Keleçi İheanaço, Kennet Omeru çıxıblar.

İslandiya millisinin ilk “onbirliyi”ndə Hannes Halldorsson, Birkir Sivarsson, Ragnar Siqurdsson, Birkir Bjarnason, Qilfi Siqurdsson, Alfred Finnboqason, Kari Arnason, Aron Qunnarsson, Rurik Qislason və Con Bödvarsson yer alıblar.

İlk turda Nigeriya millisi Xorvatiyaya 0:2 hesabı ilə məğlub olub. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ona görə də bu görüş hər iki komandanın səkkizdəbir finala yüksələ bilməsi baxımından vacib əhəmiyyətə malikdir.

İndiyədək bir dəfə qarşılaşan komandaların duelindən İslandiya qalib ayrılıb. Belə ki, 1981-ci ildə Reykyavikdə təşkil olunan yoldaşlıq oyununda İslandiya millisi Nigeriyanın qapısından üç cavabsız top keçirib.

FIFA-nın sonuncu reytinq cədvəlinə əsasən, İslandiya millisi rəqibini 26 pillə qabaqlayaraq 22-ci yerdə qərarlaşıb.

“D” qrupunda 6 xalla səkkizdəbir finala vəsiqəni təmin edən Xorvatiya millisindən başqa, hər üç komanda qrupdan çıxmaq üçün mübarizə aparır.

Qeyd edək ki, mundialın doqquzuncu gününün ilk oyununda “E” qrupu çərçivəsində Braziliya millisi Kosta-Rika yığmasını 2:0 hesabı ilə məğlub edib. Günə saat 22:00-da Kalininqrad şəhərində start veriləcək Serbiya və İsveçrə millilərinin görüşü ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.