İDMAN


“Rusiya 2018”: Rusiya və Uruqvay “A” qrupunda birincilik uğrunda qarşılaşırlar

Bakı, 25 iyun, AZƏRTAC

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on ikinci günündə - iyunun 25-də qrup mərhələsinin üçüncü turuna start verilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində dörd görüş oynanılacaq, “A” və “B” qruplarında mübarizəyə yekun vurulacaq.

“A” qrupunun paralel oynanılan görüşlərində 6 xalla səkkizdəbir finala vəsiqəni təmin edən ev sahibi Rusiya yığması Uruqvay millisi ilə qarşılaşırlar. Digər görüşdə isə Səudiyyə Ərəbistanı və Misir yığmaları üz-üzə gəlirlər.

Bu qrupda əsas diqqət artıq səkkizdəbir finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyuna yönəlib. Rusiya mundialın açılış matçında Səudiyyə Ərəbistanını 5:0, digər oyunda Misiri 3:1 hesabı ilə məğlub edib. Uruqvay isə həmin komandaları eyni hesabla (1:0) məğlubiyyətə uğradıb. Hazırda “A” qrupuna top fərqinə görə Rusiya yığması başçılıq edir. Rusiya millisinə qrup birinciliyi üçün heç-heçə də kifayət edir. Uruqvay isə qrupda birinci yeri tutmaq üçün mütləq qalib gəlməlidir.

Misir və Səudiyyə Ərəbistanı isə qrupdakı sonuncu görüşdə təsəlliverici oyuna çıxıblar.

“Samara Arena”da oynanılan Rusiya-Uruqvay oyununda ev sahiblərinin baş məşqçisi Stanislav Çerçesov ilk “onbirlik”də İqor Akinfeyev, İlya Kutepov, Serqey İqnaşeviç, Fyoder Kudraşov, İqor Smolnikov, Roman Zobnin, Yuriy Qazinskiy, Aleksey Mirançuk, Aleksandr Səmədov, Denis Cerışev, Artyom Dzubaya şans verib.

Uruqvaylıların start heyətində meydana Fernando Muslera, Sebastyan Koates, Dieqo Qodin, Martin Kaseres, Matias Vesino, Lukas torreyro, Rodriqo Bentankur, Naitan Nandes, Dieqo Laksalt, Edison Kavani və Luis Suares çıxıblar.

Görüşü seneqallı Malanq Diedu idarə edir.

X X X

Səudiyyə Ərəbistanı və Misir yığmaları “Volqoqrad Arena”da qarşılaşırlar. Kolumbiyalı referi Vilmar Roldanın idarə etdiyi oyunda Səudiyyə Ərəbistanının üçün start heyətində Aser Al-Musaylim, Usama Xaysavi, Mutaz Xavsavi, Məhəmməd Al-Burayk, Yəsir Əş-Şaxrani, Abdullah Utayf, Hüseyn Al-Mukaxvi, Salman Al-Fərəc, Xatan Bəxbir, Səlem Əd-Dausari, Fəxad Al-Muvallad meydana çıxıblar.

Misir yığmasının isə start heyətində Essam Al-Xadari, Əli Qəbr, Əhməd Xeqazi, Əhməd Fətxi, Məhəmməd Abdelşafi, Məhəmməd El-Neni, Tarik Xamed, Məhəmməd Salah, Trezeqe, Abdulla Səid, Mərvan Muxsin yer alıblar.

Günə “B” qrupunda yer alan komandaların oyunu ilə yekun vurulacaq. Paralel oynanılacaq görüşlərdə İran ilə Portuqaliya və İspaniya ilə Mərakeş yığmaları qarşılaşacaqlar. Hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.