İDMAN


“Rusiya 2018”: Xorvatiyanın baş məşqçisi futbolçu Nikola Kaliniçi milli komandadan uzaqlaşdırıb

Bakı, 19 iyun, AZƏRTAC

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığma komandanın hücumçusu Nikola Kaliniçi heyətdən kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb N.Kaliniçin dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış baş məşqçi futbolçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Baş məşqçinin futbolçunu cəzalandıraraq heyətdən uzaqlaşdırmasından sonra N.Kaliniç artıq Rusiyanı tərk edərək ölkəsinə qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.