İQTİSADİYYAT


Rusiya 8 ayda Azərbaycana 1745 avtomobil ixrac edib

Moskva, 15 oktyabr, AZƏRTAC

2018-ci ilin 8 ayının yekunlarına görə, Rusiya Azərbaycana 1745 avtomobil ixrac edib.

AZƏRTAC xəbər verir ki, “AVTOSTAT” analitik agentliyinin məlumatına görə, hesabat dövründə Rusiya istehsalı olan minik avtomobillərinin ixrac həcmi (Gömrük İttifaqına daxil olan ölkələr istisna olmaqla) 18.223 vahid təşkil edib.

Əsas ixrac istiqamətləri arasında Çexiya seçilib. Onun payına ümumi sayın 23 faizi, yaxud 4198 avtomobil düşüb. Reytinq cədvəlində ikinci yeri Ukrayna (2803 ədəd) tutur, ilk üçlüyü Latviya (2223) tamamlayır. Bu ölkələrlə bərabər, Azərbaycanı və Özbəkistanı qeyd etmək olar. Ölkəmiz Rusiyadan 1745, Özbəkistan isə 1609 avtomobil idxal edib.

Hesabat dövründə ən çox ixrac edilən avtomobil (4662 ədəd) “AvtoBAZ” şirkətinin buraxdığı LADA 4x4 avtomobili olub. İkinci yeri 4145 avtomobillə Skoda Octavia, üçüncü yeri 1781 avtomobillə LADA Vesta tutub. Rusiyanın ən çox ixrac etdiyi avtomobil modellərinin ilk beşliyini Volkswagen Polo (1341ədəd) və KIA Rio (769 ədəd) tamamlayıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.