RƏSMİ SƏNƏDLƏR


Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya-Azərbaycan İşgüzar Şurasının adından və şəxsən öz adımdan təbrik edirəm.

Siz siyasi fəaliyyətlə məşğul olduğunuz illər ərzində haqlı olaraq Azərbaycan xalqının sevgisini və hörmətini, dünya ictimaiyyəti arasında nüfuz qazanmısınız. Siz dövlət başçısı vəzifəsində olduğunuz dövrdə Azərbaycan iqtisadiyyatda və sosial həyatda sanballı nəticələr qazanıb. Bu uğurlar həm ölkə vətəndaşları tərəfindən, həm də xaricdə yüksək qiymətləndirilir.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin möhkəmlənməsinə Sizin töhfənizi yüksək qiymətləndiririk. Sizin səyləriniz və müdrik qərarlarınız sayəsində bizim strateji tərəfdaşlığımız sürətlə inkişaf edir və hər il yeni perspektivlər nümayiş etdirir.

Öz tərəfimdən Sizi əmin etmək istərdim ki, biz İşgüzar Şurada konstruktiv dialoqu bundan sonra da davam etdirmək və ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin möhkəmlənməsinə şərait yaratmaq niyyətindəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzu edirik.

Dərin hörmətlə,

 

Aleksey Repik

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin