SİYASƏT


Rusiya Bakı və Yerevana sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflərini təqdim edib

Moskva, 16 sentyabr, AZƏRTAC

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı təkliflərini Bakı və Yerevana təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

“Biz Ermənistanla Azərbaycan arasındakı sərhədin ayrı-ayrı hissələrində vəziyyəti yaxından izləyirik. Vəziyyətin inkişafı, o cümlədən Vorotan kəndi yaxınlığında, bir daha təsdiqləyir ki, Ermənistan-Azərbaycan sərhədinin sonrakı bütün boyunca demarkasiyası ilə bağlı prosesin tezliklə başlamasına ehtiyac var. Bununla bağlı Rusiyanın təklifləri həm Bakıya, həm də Yerevana təqdim edilib, biz gələcək kursun formalaşdırılması üçün təcili olaraq cavab gözləyirik”, - deyə diplomat vurğulayıb.

M.Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında ən yüksək səviyyədə əldə edilən üçtərəfli razılaşmaların icrasına müvafiq olaraq bölgədə iqtisadi və nəqliyyat əlaqələrini paralel inkişaf etdirmək üçün Azərbaycan və Ermənistanla birgə səylərini davam etdirəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.