İDMAN


Rusiya Baş nazirinin keçmiş müavini FIDE-nin yeni prezidenti seçilib

Moskva, 3 oktyabr, AZƏRTAC

Rusiya Federasiyası Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, FIDE-nin prezidenti vəzifəsinə seçkilər Batumidə təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilib.

Seçkilərdən əvvəl A.Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi. O, həmçinin FIDE-nin fəaliyyətində aşkarlığa üstünlük verəcəyini, müxtəlif ölkələrdən sponsorları cəlb edəcəyini vurğulamışdı.

FIDE-nin sonuncu prezidenti Kirsan İlyümjinov seçkilərdə namizədliyini irəli sürməmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.