DÜNYA


Rusiya Bosniya və Herseqovinada enerji layihəsinə sərmayə yatıracaq

Sarayevo, 24 iyun, AZƏRTAC

Rusiya Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi Serb Respublikasında enerji layihəsinə investisiya yatırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Rusiyanın bölgədə 1,5 milyard avro sərmayə qoyuluşu nəzərdə tutulan və təbii qazla işləyən iki ədəd elektrik stansiyasının tikintisində iştirakı gözlənilir. Ümumi gücü 600 meqavat olacaq bu iki elektrik stansiyasının daxil olduğu layihənin həyata keçirilməsi üçün ilkin şərt olaraq Serbiya ilə Bosniya və Herseqovina arasında inşa edilməsi razılaşdırılan boru kəmərinin Banya Luka və Priyedora qədər uzadılması lazımdır.

Bosniya və Herseqovina mətbuatının məlumatına görə, Rusiyanın layihəni nə qədər maliyyələşdirəcəyi və Serb Respublikasının isə investisiya qoyuluşunda nə qədər paya sahib olacağı hələlik məlum deyil.

Qeyd edək ki, “Gazprom” şirkəti Rusiyanın Bosniya və Herseqovinaya təbii qaz satışının cari il yanvarın 1-dən iyunun 15-dək olan dövrdə əvvəlki ilə nisbətən 55 faiz artdığını açıqlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.