DÜNYA


Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər

Bakı, 15 avqust, AZƏRTAC

Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər. AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Dmitri Kobılkin bəyan edib.

O bildirib ki, bunun baş verməməsi üçün Pekin meşələrin qanunsuz qırılması probleminin həllinə qoşulmalıdır. Nazir “Vedomosti” qəzetinə müsahibəsində deyib: “Əgər biz Çin tərəfindən konkret addımların atıldığını görsək, bu problemin öhdəsindən gələrik”.

D. Kobılkin vurğulayıb ki, çinli həmkarlarla ciddi iş aparılır. Məsələn, Rusiya birgə seleksiya-toxumçuluq kompleksləri inşa etməyi və ağac əkməyi təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.