DÜNYA


Rusiya DİN əcnəbi tələbələrin oktyabrın 12-dən sonra ölkəni tərk edəcəyi barədə xəbərləri təkzib edib

Moskva, 29 sentyabr, AZƏRTAC

Rusiya Daxili İşlər Nazirliyi (DİN) əcnəbi tələbələrin oktyabrın 12-dən sonra bu ölkəni tərk edəcəyi barədə internetdə yayılan xəbərləri təkzib edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat mərkəzi bu cür məlumatların həqiqətə uyğun olmadığını bildirib.

DİN-in məlumatına görə, COVID-19 pandemiyası zamanı sərhədlərin bağlanması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar qəbul edilmiş əcnəbilərin Rusiyada qeydiyyat müddətinin uzadılmasının dayandırılması qərarı aradan qaldırılır. Oktyabrın 13-nə qədər Rusiya ərazisində olma statusunu nizama salmaq üçün əcnəbilər yaşayış yerləri üzrə DİN orqanlarına müraciət etməlidirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.