İQTİSADİYYAT
Rusiya Dəmir Yolları Azərbaycana reyslərini ləğv edib
Moskva, 17 mart, AZƏRTAC
Rusiya Dəmir Yolları (RDY) Azərbaycana gedən qatar reyslərini ləğv edib.
AZƏRTAC RDY-ə istinadla xəbər verir ki, koronavirusla bağlı yaranmış vəziyyətə görə mart ayının 16-dan etibarən Rusiyanın Azərbaycan və Özbəkistan ilə beynəlxalq dəmir yolu əlaqəsi dayandırılıb.
Məlumatda bildirilir ki, “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC həmin qərara müvafiq olaraq və yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan etibarən xüsusi göstəriş verilənə qədər beynəlxalq sərnişin qatarlarının fəaliyyətini dayandırır.
Ləğv olunmuş reyslərə alınmış biletlərin pulunu əlavə ödəniş və rüsum ödəmədən geri almaq mümkün olacaq. Sərnişinlər pulun qaytarılması ilə bağlı biletin alındığı dövlətin ərazisində istənilən dəmir yolu kassasına müraciət edə bilər. Elektron gediş sənədlərinı isə onların tərtib edildiyi veb-resurslar vasitəsilə təhvil vermək olar.
Xatırladaq ki, Rusiya Dəmir Yolları, həmçinin Çin, KXDR, İtaliya, Latviya, Monqolustan, Çexiya, Polşa, Fransa, Almaniya ilə beynəlxalq sərnişin qatarlarının fəaliyyətini dayandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:40]
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
- 25.04.2024 [11:13]
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
- 25.04.2024 [10:43]
Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək
- 25.04.2024 [10:27]
Dünya birjalarında neft bahalaşıb
- 25.04.2024 [09:00]
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
- [09:00]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [23:42]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [23:21]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:45]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [22:35]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [22:16]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [22:07]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
- 24.04.2024 [21:52]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [21:31]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [21:08]
Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH
- 24.04.2024 [21:02]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB VİDEO
- 24.04.2024 [20:46]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [20:27]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [20:05]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:37]