DÜNYA


Rusiya Dövlət Dumasına seçkilər sentyabrın 17-19-da keçiriləcək

Moskva, 18 iyun, AZƏRTAC

Rusiya Dövlət Dumasına seçkilər və digər seçki prosesləri sentyabrın 17-dən 19-dək keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.

“Sentyabrın 17-19-da ölkədə vahid seçkilər günü elan olunub. Dövlət Dumasına seçkilər də bu günlərdə saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək MSK-ya təqdim edə biləcəklər”, - deyən E.Pamfilova qeyd edib ki, seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.