RƏSMİ SƏNƏDLƏR


Rusiya Dövlət Dumasının deputatı Sergey Mironovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizin böyük təcrübəniz və peşəkarlığınız, aktual problemləri dərhal görmək və zamanın çağırışlarına cavab vermək bacarığınız sayəsində Azərbaycan bu gün sosial-iqtisadi potensialını artırmaqda davam edir, beynəlxalq arenada mövqelərini inamla gücləndirir.

Əminəm ki, Sizin uzaqgörən və savadlı siyasətiniz ölkənizə daha böyük qələbələr gətirəcəkdir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, vətəndaşlarınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Sergey Mironov

Rusiya Dövlət Dumasının deputatı,

“Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” fraksiyasının rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin