ELM VƏ TƏHSİL


Rusiya Elmlər Akademiyasının alimləri ilə görüş

Bakı, 28 yanvar, AZƏRTAC

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının alimləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundan məlumat verilib. Görüşdə baş direktor Ulduz Həşimova institutda aparılan tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivlərindən danışıb.

Daha sonra rusiyalı professor Yuri Şelepinin “Görmə. Qavrayış” mövzusunda məruzəsi dinlənilib. Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, İ.P.Pavlov adına Fiziologiya İnstitutu (Rusiya, Sankt-Peterburq) ilə “Neyrodegenerativ xəstəliklərin inkişafına psixofizioloji nəzarət və proqnozlaşdırılma modelinin işlənməsi” mövzusunda 2021-ci ildən müqavilə bağlanıb. Müqavilə çərçivəsində İ.P.Pavlov adına Fiziologiya İnstitutunun əməkdaşları birgə tədqiqatların aparılması və neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar haqqında mühazirələr oxumaq məqsədilə instituta ezam olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.