DÜNYA


Rusiya Federal Təhlükəsizlik Xidməti Belarus Prezidentinə qarşı sui-qəsd hazırlayan şəxsləri saxlayıb

Moskva, 18 aprel, AZƏRTAC

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belarusda hərbi çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlayan iki nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, FTX Belarus Dövlət Təhlükəsizliyi Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat nəticəsində ABŞ və Belarus vətəndaşlığı olan Yuri Zyankoviç və Belarus vətəndaşı Aleksandr Fedutanı saxlayıb. Bu şəxslər Belarusda çevriliş və ölkə Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinirlər.

Plana əsasən, Belarusda hərbi çevriliş mayın 9-da, Qələbə paradı zamanı baş tutmalı və hakimiyyət milli barışıq komitəsinin əlinə keçməli idi.

FTX adı çəkilən şəxsləri Moskva restoranlarından birində keçirdikləri görüşdən sonra saxlayaraq Belarus xüsusi xidmət orqanlarına təhvil verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.