DÜNYA


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Arxangelsk vilayəti üzrə idarəsinin binasının yaxınlığında partlayış baş verib

Moskva, 31 oktyabr, AZƏRTAC

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti üzrə idarəsinin binasına yaxın ərazidə partlayış baş verib. Bu barədə TASS Agentliyinə Milli Antiterror Komitəsinin informasiya mərkəzində bildiriblər.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində həlak olan bir nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Partlayışın baş verdiyi ərazidə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.