Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Müslüm Xuçiyevdən
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.
Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolunda irəliləyəcək.
Şübhə etmirəm ki, xalqın sabit dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyi bundan sonra da Sizin ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.
İcazə verin bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim.
Hörmətlə,
Müslüm Xuçiyev
Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri
Xəbərin mətnində orfoqrafik səhv var