Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının dünya arenasında nüfuzu gündən-günə artır. Azərbaycanın imici görünməmiş dərəcədə yüksəlmişdir.

Dost və qardaş Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ən xoş arzularımızı qəbul edin.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına bir daha səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Firdovsi Əsgərov

Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi,

Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin