Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin yorulmaz səyləriniz, ölkənin milli maraqlarına və vətəndaşların firavanlığına qayğınız sayəsində gələcəyə istiqamətlənən, sosial-iqtisadi və mədəni inkişaf sahəsində sanballı uğurlar qazanan Azərbaycan dünya birliyində layiqli yer tutur. Qonşumuz Azərbaycanın uğurlarına biz də ürəkdən sevinirik. Sizin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfənizi, qarşılıqlı faydalı iqtisadi və humanitar layihələr həyata keçirmək, tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək səylərinizi Dağıstanda yüksək qiymətləndirirlər.

Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul edin.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vladimir Vasilyev

Rusiya Federasiyası Dağıstan Respublikasının

başçısı vəzifəsini müvəqqəti icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin