Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Sergey Məlikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işini layiqincə davam etdirərək, ölkənizin həyatının bütün sahələrində ictimai sabitliyi, müstəqil və mütərəqqi inkişafı təmin edən dərin dəyişikliklər həyata keçirmisiniz.

Sizin Azərbaycan xalqının mənafelərinə əsaslanan düşünülmüş və müdrik siyasətiniz sayəsində ölkəniz güclü və suveren dövlətə çevrilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında tarixən yaranmış dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinin inkişafına Sizin göstərdiyiniz diqqət də böyük hörmətə layiqdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, quruculuq fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Sergey Məlikov

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin