Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin həyat və fəaliyyətiniz Azərbaycanın həyatından və taleyindən ayrılmazdır. Aydındır ki, Siz əldə etdiklərinizlə kifayətlənməyəcək, müasir Azərbaycanın banisi Heydər Əliyevin işini səmərəli şəkildə davam etdirəcəksiniz. Siz qətiyyətli, təcrübəli, xeyirxah və uzaqgörən dövlət xadimi, Azərbaycanın milli liderisiniz.

Başa çatmaqda olan ilin noyabr ayında Siz öz müdrik və mətin qərarınızla adınızı təkcə doğma Azərbaycanın tarixinə deyil, münaqişələrin həllinin dünya müntəxəbatına qızıl hərflərlə yazdınız.

Mən Rusiya-Azərbaycan münasibətlərinin yüksək keyfiyyətini, bizim şəxsi dostluq münasibətlərimizi səmimi qəlbdən qiymətləndirir və buna böyük əhəmiyyət verirəm. Gələcəkdə bu münasibətləri davam etdirməyə şad olaram. Ümidvaram və əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, möhkəm səmimi ailənizə firavanlıq və uğurlar, qardaş Azərbaycan xalqına səadət və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Leonid Slutski

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin