RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Səsvermənin nəticələri Sizin yüksək nüfuzunuzun, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində apardığınız islahatlara və qazandığınız sanballı nailiyyətlərə ölkə vətəndaşlarının şəksiz inamı və etimadının təzahürüdür.

Əminəm ki, biz seçkilərin nəticələrinə əsaslanaraq qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə, o cümlədən parlamentlərarası səviyyədə bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf etdirəcəyik.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin