CƏMİYYƏT
Rusiya Federasiyası Həştərxan vilayətinin nümayəndə heyəti Nərimanov rayonunda olub
Bakı, 19 dekabr, AZƏRTAC
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Nərimanov rayonunun ərazisində, Aşıq Molla Cümə küçəsində yerləşən “Dostluq” parkında olub.
AZƏRTAC xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkda yaradılan şərait barədə qonaqlara məlumat verib.
Bildirilib ki, Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında daim inkişaf edən dostluq əlaqələrinin rəmzi olaraq salınan park və burada ucaldılan Bakı-Həştərxan dostluq abidəsi 2013-cü ilin oktyabrında açılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb, fəvvarələr, uşaqlar üçün əyləncə qurğuları, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qonaqlar paytaxt sakinlərinin sevimli istirahət məkanına çevrilən parkı gəzərək burada yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]